Sumqayıtın inkişaf mərhələsi

May 12, 2011 1 şərh

Bu yaxınlarda şəhərimizdə ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı parad keçirilirdi.Paradda məndə iştirak edirdim və o zaman orda olan yüzlərlə yerli və xarici vətəndaşları gördükdə Azərbaycan turizminin və Sumqayıt şəhərinin necə inkişaf etdiyinin bir daha görmüş oldum.Bu inkişaf təkcə Bakı və Sumqayıtda ətraf şəhər və rayonlarda da özünü göstərir.10 may tarixində Bakıda keçirilən gül bayramında iştirak edən turistlər də buna bariz nümunədir.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Yeni müqavilələr

May 2, 2011 Bir şərh yazın

2002-ci ilin aprel ayından başlayaraq hər il «AİTF» Beynəlxalq Turizm Sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən-ilə artır. Əgər 2002- ci ildə 5 ölkədən 26 şirkət iştirak edirdisə, 2007-ci ildə ölkələrin sayı 18-ə, şirkətlərin sayı isə
60-a çatmışdır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Turizm təbliği

May 1, 2011 Bir şərh yazın

Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. MəTN-in sifarişi ilə son beş il ərzində ölkənin turizm imkanlarını əks etdirən qırxdan çox reklam çap məhsulları hazırlanmışdır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Beynəlxalq əməkdaşlıq

Aprel 29, 2011 Bir şərh yazın

Turizm sahəsində əməkdaşıq haqqında hökumətlərarası sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Belə ki, son 5 il ərzində Azərbaycan Respublikası hökuməti ilə Moldova, Belorus, Qətər, Yunanıstan, Qazaxıstan, Pakistan, İordaniya, Fransa, Tacikistan, Misir və Litva arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. Azərbaycan Respublikası ilə 26 ölkə (Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, Böyük Britaniya, İsrail, İran, Bəhreyn, Oman Sultanlığı, Macarıstan, Koreya, İsveçrə, Yaponiya, İndoneziya, Bruney Krallığı, Malayziya, San Marino, Mərakeş, Argentina, Meksika, Makedoniya,
İsveç, Filippin, Kuba və Xorvatiya) arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanmışdır.

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Bakıda 9-cu turizm sərgisi

Aprel 28, 2011 Bir şərh yazın

Bu gün Bakıda 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başlayır. Dünyanın 24 ölkəsinin 120-dən artıq şirkətinin iştirak edəcəyi sərgidə kommersiya təşkilatları ilə yanaşı, 14 ölkənin milli stendləri də təqdim olunacaq. Bu il ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində Türkiyə çıxış edəcək. Bundan əlavə, Türkiyə ötən illə müqayisədə ekspozisiya sahəsini 40 faiz genişləndirəcək.  Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Turizmdə qanunvericilik bazası

Aprel 26, 2011 Bir şərh yazın

1999-cu ildə “Turizm haqqında” qanun qəbul olunmaqla turizm sahəsində dövlət siyasətinin hüquqi bazası genişlənmişdir. Amma ölkədə turizm siyasətinin mühüm sənədlərindən biri “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün” Dövlət Proqramı olmuşdur. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Turizm siyasətini həyata keçirən orqanlar

Aprel 25, 2011 Bir şərh yazın

2006-cı ildə ölkədə turizm sektoruna tələb olunan peşəkar kadrları hazırlayacaq Azərbaycan Turizm İnstitutunun yaradılması turizmin düşünülmüş siyasətlə inkişaf etdirilməsini bir daha göstərir. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Turizm siyasətinin inkişafı

Aprel 24, 2011 Bir şərh yazın

Turizm siyasətinin inkişafında yeni mərhələ müstəqiliyimizin əldə olunması ilə başlasa da, əsas işlər 2001-ci ildə turizm siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının – Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması ilə başladı. 2006-cı ildə aparılan struktur islahatları ilə müvafiq sahədəki siyasəti Mədəniyyət və Turizm Nazirliyi həyata keçirməkdədir. Müasir Azərbaycanda turizm sahəsində dövlət siyasəti ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlərin görülməsindən və tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Azərbaycan mətbəxinin turizmdə rolu

Aprel 23, 2011 Bir şərh yazın

Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulina-riyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Qonaqpərvərliyin turizmdə rolu

Aprel 22, 2011 Bir şərh yazın

Qonaqpərvərlik Azərbaycan turizmində ən önəmli amil kimi diqqəti cəlb etməkdədir. Qonaqpərvərlik mədəniyyətinin turizm xidmət mədəniyyətinə çevrilməsi ölkədə turizmin inkişafına böyük təkan verə bilər. O cümlədən, tolerantlıq Azərbaycan xalqının mühüm dəyəri kimi dünya xalqlarına təqdim ediləcək dəyərli xüsusiyyətdir. Azərbaycanın paytaxtı Bakıda 3 böyük dinin abidələrini bir fotogörüntüyə sığdırmaq mümkündür ki, bu, planetin son dövrlər ən çox ehtiyac duyduğu məqamdır. Azərbaycanlılar fərqlilikdən doğan gücü sözdə deyil, real həyatda yaşayan xalqdır. Bu mənada tolerantlıq, xarici turistlərə xoş və normal münasibət vacib məqam, üstünlükdür.

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Tarixi-mədəni irs

Aprel 21, 2011 Bir şərh yazın

Azərbaycan maraqlı tarixi-mədəni irsə malikdir. Bu irs üzərində beş min illik dövlətçiliyin, tarixi işğalların və üç dinin (atəşpərəstlik, xristianlıq və islamın) izləri qalmaqdadır. Böyük mədəni turizm potensialına malik Azərbaycanda mühüm işlərdən biri hələ 1968-ci ildə hazırlanmış “Azərbaycan SSR ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın yenidən tərtib olunmasıdır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Təbii imkanlar

Aprel 20, 2011 Bir şərh yazın

Ölkə təbiət imkanlarına, o cümlədən heyvanat aləminə və bitki örtüyünə görə rəngarəngdir. Halhazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, flora və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Beynəlxalq standartlar

Aprel 17, 2011 Bir şərh yazın

Bütün irəliləyişlərə baxmayaraq, Azərbaycanda turizmin dünya standartlarına tam çatması üçün çox iş görülməlidir. Bu məqsədlə 6 aprel 2010-cu ildə Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair yeni Dövlət Proqramı qəbul olunmuşdur. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm

Turistlərin optimal xərcləri

Aprel 15, 2011 Bir şərh yazın

Son dövlər turizm statistikasında təkmilləşdirmələr aparılmış və vəziyyəti daha aydın təsvir edən rəqəmlər əldə edilmişdir. Mövcud olan hər iki turizm statistika üsulundan (sənədlərə (satılmış göndərişlər və nömrələr) əsaslanmış statistika və müayinə üsuluna əsaslanmış statistika) istifadə edilərək vəziyyət təhlil olunmaqdadır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

2010-cu ilin göstəriciləri

Aprel 14, 2011 1 şərh

2010-cu ilin 6 ayı ərzində gələn əcnəbi vətəndaşların sayı 885.459 nəfər, 2009-cu ilin 6 ayı ərzində isə 783.208 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 102.251 nəfər (13% artım) çoxdur. Yay mövsümündə respublikamızın turizm regionlarında istirahət etmiş turistlərin sayı 2006-cı il üzrə 76.900 nəfər, 2010-cu ildə isə 190.438 nəfər olmuşdur. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Statistika

Aprel 13, 2011 Bir şərh yazın

 XXI əsrin başlanğıcında ölkənin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərməkdədir. Ölkənin bütün regionlarını əhatə edən geniş turizm xidmətləri sistemi sürətlə formalaşmaqdadır. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

Sosial-iqtisadi inkişaf

Aprel 12, 2011 Bir şərh yazın

2003-cu ildə “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın surətləndirilməsi tədbirləri
haqqında”, 2004-cu ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”  haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar olub. Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Mərkəzi Avropa ölkələrinin turizm zonaları

Aprel 11, 2011 Şərhlər bağlıdır

İstirahət bölgələri və turizmin başlıca obyektləri Tatra,Sudet dağları,Balaton gölü ətrafıdır.Çoxsaylı kurortlardan Karlovi-Vari öz mineral bulaqları ilə (onun mineral sularının tərkibi respublikamızın “Qalaaltı” mineral suyunun tərkibi ilə təxminən eynidir) dünyada şöhrət qazanmışdır.Mərkəzi Avropada təbiətə qayğı ilə yanaşır onun sərvətlərini qoruyurlar.

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

Cənubi Avropa ölkələrinin turizm zonaları

Aprel 10, 2011 Şərhlər bağlıdır

CA təbii rekreasiya resursları ilə olduqca zəngindir.Bu resurslara Aralıq dənizi sahilinin təbii gözəlliyi,Alpın qarlı zirvələri,ilıq dəniz,qumlu çimərliklər,gözəl bitki örtüyü,mənzərəli landşaft,dağ xizəyi üçün yerlər və s. aiddir.Regionda orta əsrlər görkəmini qoruyub saxlamış bir çox şəhərlər (Venesiya,Nepal və s.),Kapri,Kanar,Lipar adaları turizm mərkəzlərinə çevrilmiş və dünyanın hər yerindən adamları cəlb edir.Turizm ölkələrin təsərrüfatının yüksək gəlirli sahəsinə,bəzi mikrodövlətlərin iqtisadiyyatının isə başlıca sahəsinə çevrilimişdir.

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

Orta Avropa ölkələrinin turizm zonaları

Aprel 9, 2011 Şərhlər bağlıdır

Regionun ərazisini ən yüksək Alp dağlarından başlayaraq,ən alçaq ovalıqlara qədər (Niderlandda),Fransanın Aralıq dənizi subtropiklərindən sərin və rütubətli İrlandiyaya qədər geniş sahələr tutur.Daimi qar və buzlaqlarla örtülmüş əzəmətli dağ zirvələri,yaşıl çəmən və meşələr,mənzərəli dağ vadiləri,iti axan şəlaləli dağ çayları,dupduru suları ilə göz oxşayan dağ gölləri İsveçrəyə,həm də Avstriyaya şöhrət qazanmış,onları beynəlxalq turizmin ən sevimli ölkələrinə çevirmişdir.Paris,London,Amsterdam,Vyana şəhərləri turizm mərkəzi hesab olunur.

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

ABŞ-ın turizm zonaları

Aprel 8, 2011 1 şərh

ABŞ-ın dəniz və göl sahələrinin eləcə də dağlıq bölgələrinin mənzərəli təbiəti var.Dənizsahili turizmin başlıca bölgələri Florida və Kaliforniyadadır.Milli parkların əksəriyyəti qərbdə yerləşir(Yosomit,Sekvoyya,Böyük Kanyon,Yellouston).Son illər Alyaskanın yay turizm bölgəsi kimi əhəmiyyəti artır.Havay adalarının il boyu fəaliyyət göstərən gözəl çimərlikləri milyonlarla turisti özünə cəlb edir.

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

Tərəqqiyə doğru

Aprel 7, 2011 Bir şərh yazın

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv qəbul olunmuş və bununla beynəlxalq turizm hərəkatına rəsmən qoşulmuş oldu. Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Sabit dövr

Aprel 6, 2011 Bir şərh yazın

Müharibədən sonrakı dövrdə əldə olunmuş siyasi sabitlik və iqtisadi inkişaf turizmin də dirçəlməsinə səbəb olmağa başlamışdı. 1999-cu ildə “Turizm haqqında” qanun qəbul edilmiş və 27 iyul 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalanmışdır. Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Rusiyanın turizm zonaları

Aprel 5, 2011 Bir şərh yazın

Rusiyanın Əlverişli şəraiti olan ərazilərində istirahət və turizm müəssisələri,sanatoriya-kurort ocaqları,çay turizmi (Volqa-Kamma hövzəsində),dağ turizmi (Qafqazda) fəaliyyət göstərir.Sankt-Peterburqun özündə və ətrafında olan gözəl memarlıq abidələri bütün dünyada məhşurdur.

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

Tarixin qara səhifəsi

Aprel 4, 2011 1 şərh

1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən Ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdu. Məsələn, həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlərdə isə daha əvvəlki yazıda qeyd olunduğu kimi, məcburi köçkünlər yerləşdirilmişdi… Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Gələcək üçün Təhsil

Aprel 3, 2011 Bir şərh yazın

Intel “Gələcək üçün Təhsil” proqramı çərçivəsində ümumtəhsil və ali pedaqoji müəssisələrin müəllimləri tədris prosesində İKT-dən səmərəli istifadə etmələri üçün zəruri biliklər əldə edirlər. İntel “Gələcək üçün Təhsil” təlim proqramı çərçivəsində müəllimlər dövlət təhsil standartlarına və tədris proqramlarına uyğun olan layihə planı, şagird multimedia təqdimatı, nəşr və veb-sayt, qiymətləndirmə formaları və meyarları, şagirdlər üçün didaktik materiallar və müəllimlər üçün metodik materiallarla təchiz olunurlar… Ətraflı…

Kateqoriyalar: Azərbaycanda təhsil və ikt Etiketlər:

Vaxtsız müharibə

Aprel 2, 2011 1 şərh

1987-ci ildə Azərbaycana xarici ölkələrdən 50, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki “Qarabağ” turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı… Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Dünyanın turizm ölkələri

Aprel 1, 2011 Bir şərh yazın

 Dünya turizmi və rekreasiyası 4 yerə bölünür:

1.Dağ turizmi

2.Tarixi abidələr turizmi

3.Təbii landşaft turizmi

4.Ada turizmi(dəniz və okean)… Ətraflı…

Kateqoriyalar: Dünyada turizm Etiketlər:

Turizm yolu

Mart 31, 2011 Bir şərh yazın

  Xarici turizmin maddi-texniki bazasını genişləndirmək məqsədilə 1973-cü ildə Bakıda Azərbaycanda ən böyük mehmanxana kompleksi olan 1942 yerlik “Azərbaycan” mehmanxanası istifadəyə verildi… Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

İKT-yə dair görülən işlər

Mart 30, 2011 Bir şərh yazın

2010-cu ildə ümumtəhsil məktəblərinin 25 min müəllimi təhsildə İKT-nin tətbiqi üzrə treninqlərdə iştirak edəcəkdir. Dövlət Proqramı çərçivəsində treninqlərdə 43 mindən artıq pedoqoji işçi iştirak etmişdir. Ümumiyyətlə, Azərbaycanda təhsil sektorunda çalışan 170 min müəllimin hamısının Dövlət proqramı çərçivəsində İKT-nin tədrisdə tətbiqi üzrə treninqlərdə iştirakı gözlənilir.

Ətraflı…

Kateqoriyalar: Azərbaycanda təhsil və ikt Etiketlər:

Tarixi səyahətə davam…

Mart 28, 2011 Bir şərh yazın

Bakıda ilk turist bazası 1950-ci ildə yaradılıb.Daha sonra 1957,1958,1960-ıncı illərdə Mingəçevirdə,Hacıkənddə,Zaqatalada,Şuşada eləcə də Göygöldə yaradılıb.Azərbaycan Turizm Ekskursiyalar idarəsinin adı iki dəfə dəyişdirilib. Ətraflı…

Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:

Yaponiyada təhsil

Mart 25, 2011 Bir şərh yazın

Yaponiya dünyada ən mükəmməl,faydalı ibtidai və orta təhsil sisteminə malikdir.Amma yaponlar bununla da kifayətlənmir,onlar doğulan gündən ölənə qədər bütün sahələrdə öyrənməyə çalışirlar.Təhsilin vacibliyi hər kəs tərəfindən qəbul olunub və ümumxalq işi olmuşdur. Ətraflı…

Kateqoriyalar: Dünyada təhsil Etiketlər:

TURIZMIN INKISAFI

Mart 24, 2011 Bir şərh yazın

Azərbaycanda turizmin inkişafına dair son zamanlarda böyük işlər görülüb.Təkcə rayonlarda açılan yeni istirahət mərkəzləri buna bariz nümunədir.

Kateqoriyalar: Azərbaycanda turizm

İki tərəfli gedişat

Mart 24, 2011 3 şərh
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:

portrait_photo_of_nariman_narimanov_taken_in_1913.jpg

Dekabr 5, 2013 Bir şərh yazın

Kateqoriyalar: Azərbaycanda turizm

Caspian

Aprel 27, 2011 Bir şərh yazın

“Caspian Group Consalting” şirkətinin mütəxəsəsisləri tərəfindən ABŞ Ticarət və İnkişaf
Agentliyindən ayrılan qranta əsasən, hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin sayının artırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün Dövlət Proqramı” 6 aprel 2010-cu ildə təsdiq edilmişdir. Ətraflı…

Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər: