Əsas səhifə > Keçmişdən gələcəyə > Vaxtsız müharibə

Vaxtsız müharibə


1987-ci ildə Azərbaycana xarici ölkələrdən 50, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki “Qarabağ” turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı… Azərbaycanda turizmin inkişafında 1983-cü il ən yaddaqalan illərdən biri olmuşdur… Çünki həmin il o vaxtkı SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan SSR-də 2000-ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur. Bu plan turizm sahəsində ilk və ən uzunmüddətli plan olmuşdur. Əsrlər boyu bədnam qonşularımız bizə paxıllıq etmiş və Azərbaycanın heç bir sahədə irəli getməsini istəməmişlər.Turizm sahəsindədə bizə az ziyan vurmamışlar.Belə ki, 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycanda daxili və xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt, daha sonra isə Bakıda fövqəladə vəziyyətin elan olunması, əslində, ölkənin bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb olmuşdu. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələndi. Hökumətin qərarı ilə 1988-ci ilin dekabrında Ermənistandan qovulmuş əhalinin ölkənin turist bazalarında yerləşdirilməsinə başlanıldı.

Advertisements
Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:
  1. Aprel 30, 2011 tarixində, saat 12:58 axşam

    Salam aleykum nə qədər xarici dövlətlər bizim iqtisadi inkişafımızın qarşısını almaq istəsələrdə Azərbaycanın iqtisadiyatı həmişə inkişaf edəcək. Azərbaycan gəncinin bu haqda yazmasını və rəyini bildirməsi çox xoşdur.Təşəkkür edirəm.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: