Əsas səhifə > Keçmişdən gələcəyə > Tarixin qara səhifəsi

Tarixin qara səhifəsi


1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən Ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdu. Məsələn, həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlərdə isə daha əvvəlki yazıda qeyd olunduğu kimi, məcburi köçkünlər yerləşdirilmişdi… Ümumiyyətlə, sovet dövründə daxili turizm fəaliyyətləri ilə həmkarlar ittifaqları məşğul idi. Xarici turistlərlə isə “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti (ÜSC) məşğul idi. “İnturist” mərkəzi və 15 mütəffiq respublika bölmələrinə malik idi. Nazirlər Soveti yanında yerli qurum kimi fəaliyyət göstərən Turizm Şurası isə daha çox siyasi məsələlərlə məşğul olur, xarici turistlər üçün daha münasib marşrutların seçilməsinə və s. nəzarəti həyata keçirirdi. Yenidənqurma illərində “İnturist” ÜSC və onun yerli bölmələri təsərrüfathesablı fəaliyyətə keçdilər. 1991-ci ilin sentyabrında mövcud strukturlar ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası, onun tabeliyində isə “AzİnTur” müəssisəsi yaradıldı. Bu qurumlar Gənclər, İdman və Turizm Nazirliyi təsis olunanadək fəaliyyət göstərdi.

Advertisements
Kateqoriyalar: Keçmişdən gələcəyə Etiketlər:
  1. müəllimə
    Aprel 29, 2011 tarixində, saat 6:18 səhər

    Əgər cənnət guşələrimiz düşmən tapdağı altında olmasaydı,yəqin bu gün Azəribaycanımıza gələn turistlərin sayı qat-qat cox olardı.İndi o cənnət yerlər cəhənnəmə cevrilib.Çox heyf!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: