Əsas səhifə > Azərbaycanda turizm > 2010-cu ilin göstəriciləri

2010-cu ilin göstəriciləri


2010-cu ilin 6 ayı ərzində gələn əcnəbi vətəndaşların sayı 885.459 nəfər, 2009-cu ilin 6 ayı ərzində isə 783.208 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 102.251 nəfər (13% artım) çoxdur. Yay mövsümündə respublikamızın turizm regionlarında istirahət etmiş turistlərin sayı 2006-cı il üzrə 76.900 nəfər, 2010-cu ildə isə 190.438 nəfər olmuşdur. Bu, 2,5 dəfə artım deməkdir. Gecələmələrin sayı 2010-cu ildə 721.560 gecə olmuşdur. Ümumiyyətlə, son dövlər turizm statistikasında təkmilləşdirmələr aparılmış və vəziyyəti daha aydın təsvir edən rəqəmlər əldə edilmişdir. Mövcud olan hər iki turizm statistika üsulundan (sənədlərə (satılmış göndərişlər və nömrələr) əsaslanmış statistika və müayinə üsuluna əsaslanmış statistika) istifadə edilərək vəziyyət təhlil olunmaqdadır. Belə ki, DSK-nın apardığı müayinə üsulu ilə gələn xarici turistlər üçün optimal xərclər çıxarılır. Həmçinin sərhəd xidməti vasitəsilə ölkəyə daxil olmuş və çıxmış şəxslərin sayı müəyyən olunur. Bunun əsasında ÜTT-nin turist anlayışı çərçivəsinə (yəni 24 saatdan artıq yaşadığı yeri tərk edən və getdiyi yerdə işləməyən şəxslər) düşən şəxslər müəyyən olunur. Dolayısı ilə DSK hesablamalarına görə, 2009-cu ildə bir xarici turistin xərci 680 AZN müəyyən olunmuşdur. Həmçinin 2009-cu ildə ölkəyə turist kimi gəlmiş şəxslərin sayı 1.429.825 nəfər olmuşdur. Bu da, təxminən, 915 milyon AZN-lik dövriyyəni ortaya çıxarır. 2010-cu ildən analoji üsulla daxili turizm statistikasının aparılması həyata keçirilir.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. turist
    May 3, 2011 tarixində, saat 3:42 səhər

    heyf ki,hər kəsə turist kimi istirahət etmək nəsib olmur.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: