Əsas səhifə > Azərbaycanda turizm > Təbii imkanlar

Təbii imkanlar


Ölkə təbiət imkanlarına, o cümlədən heyvanat aləminə və bitki örtüyünə görə rəngarəngdir. Halhazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, flora və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Əhalinin sağlamlığında müalicəvi əhəmiyyətinə görə özünə-məxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır. Ölkə ərazisini Xəzər dənizinə doğru əyilmiş nəhəng nimçəyə bənzətmək olar. Bu səbəbdən Azərbaycanın bütün çayları Xəzərə axır. Bəziləri ölkənin başlıca çayı Kürə, bəziləri isə onun ən böyük qolu olan Araza axmaqla diqqəti cəlb edir. Azərbaycanda 250-dək göl vardır. Meşəli dağlarla əhatələnmiş gözəllik incisi Göygöl Kəpəz dağının ətəyində, dəniz səviyyəsindən 1.556 m yuxarıda
yerləşir. Dünyada ən böyük göl olan Xəzər dənizi (su səthi 378.400 kv.km) mənşəyinə görə unikaldır və zəngin bioloji variativliyə malikdir. Dəniz faunasının 1.332 növünə burada rastlanır. Nərə balığı, somğa, Dunay gümüşçəsi, çapaq, siyənək və s. balıqlar daxil olmaqla, Xəzərdə 111 növ
balıq vardır. Dənizin Azərbaycana məxsus sahillərində dövlət tərəfindən mühafizə olunan Xəzərin yeganə məməliləri – çoxlu suitilər yaşayır. Onların populyasiyasını artırmaq üçün Abşeron Milli Parkı yaradılmışdır. Azərbaycanın zəngin filiz yataqları və karbohidrogen ehtiyatları vardır. Ən
böyük neft və qaz yataqları Abşerondadır. Geniş yayılmış Naftalan karbonu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Kəlbəcər rayonundakı İstisu mineral suyu bir sıra parametrlərinə görə
məşhur Karlovı Varı sularından üstündür. Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları bölgədən kənarda da geniş şöhrət qazanmışdır. Bir sözlə, təbiət Azərbaycana turizmi inkişaf etdirmək üçün lazımi imkan yaradıb.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: