Əsas səhifə > Azərbaycanda turizm > Tarixi-mədəni irs

Tarixi-mədəni irs


Azərbaycan maraqlı tarixi-mədəni irsə malikdir. Bu irs üzərində beş min illik dövlətçiliyin, tarixi işğalların və üç dinin (atəşpərəstlik, xristianlıq və islamın) izləri qalmaqdadır. Böyük mədəni turizm potensialına malik Azərbaycanda mühüm işlərdən biri hələ 1968-ci ildə hazırlanmış “Azərbaycan SSR ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın yenidən tərtib olunmasıdır. Çünki keçən dövr ərzində çoxlu sayda yeni abidələr tapılmışdır ki, bu da siyahının yenidən tərtib olunması ehtiyacını doğmuşdur. Siyahı üzərində 1988 və 2001-ci illərdə aparılmış işlər nəticəsində ölkədə yerli, respublika və dünya əhəmiyyətli qorunan abidələrin sayı 6.308-ə çatmışdır.6 Son vaxtlar aparılan yeni dəqiqləşdirmələr bu siyahının 7.000-ə çatacağını
göstərir. Bu siyahının hazırlanması yalnız mühafizəni gücləndirmir, qorumaqla istifadə zərurətini də ortaya çıxarır. Bu səbəbdəndir ki, keçən dövr ərzində turizmin nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir. DİF-in Turizmin Rəqabətqabiliyyətlik İndeksinin dünya irsinə daxil olan abidələrin sayı faktoru üzrə Azərbaycan 2008-ci ildə 69-cu, 2009-cu ildə isə 65-ci yerə çıxmışdır. Azərbaycanda çoxlu sayda tarix və mədəniyyət abidəsinin qorunma sistemləri yaradılmışdır. Bunlara İçərişəhər, Çıraqqala, Qobustan, Keşişdağ, Xınalıq, Nardaran qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazaxın Avey, Qəbələ, İlisu, Ordubadın Gəmiqaya, Şərurun Arpaçay, Ordubad, Culfanın Gülüstan, Dəvəçinin Çıraqqala, Dəvəçinin Şabran şəhəri, Hacıqabulun Pir Hüseyn xanəgahı və s. dövlət mədəniyyət, etnoqrafiya qoruqlarını misal gətirmək olar. Tarix və təbiət ərazilərinin qorunması siyasətinin düşünülmüş istifadə-turizm xidmətləri ilə əhatə olunduğunu söyləmək çətindir. Qarşıda duran əsas vəzifələrdən biri milli parklarda ekoturizmin, tarix-mədəniyyət
qoruqlarında isə mədəni turizmin inkişafını təmin etməkdir.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: