Əsas səhifə > Azərbaycanda turizm > Azərbaycan mətbəxinin turizmdə rolu

Azərbaycan mətbəxinin turizmdə rolu


Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulina-riyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmur. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Hazırda Azərbaycan kulinariyasında xörəklərin hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş surətdə nəzərə alınır. Azərbaycanın gözəl təbiəti, çayları, gölləri, Xəzər dənizi geniş və əvəzolunmaz milli mətbəxi formalaşdırmağa imkan vermişdir. Bu milli mətbəx turizm sektoru üçün geniş imkan təklif edir. Buraya yüksək kalorili ət yeməklərindən tutmuş bahalı balıq yeməklərini, vegeterian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan təamları əlavə edə bilərik. Yerli şərabları mineral suları, yerli turşuları və şirniyyatı ilə diqqətəlayiqdir.Azərbaycana gələn turistlərin çoxu şanı dünyaya yayılmış mətbəxinə görə gəlir.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: