Əsas səhifə > Azərbaycanda turizm > Turizm siyasətini həyata keçirən orqanlar

Turizm siyasətini həyata keçirən orqanlar


2006-cı ildə ölkədə turizm sektoruna tələb olunan peşəkar kadrları hazırlayacaq Azərbaycan Turizm İnstitutunun yaradılması turizmin düşünülmüş siyasətlə inkişaf etdirilməsini bir daha göstərir.
DİF-in Turizmin Rəqabətqabiliyyətliyi İndeksinin turizmdə insan resurslarına görə Azərbaycan 2008-ci ildə 54-cü, 2009-cu ildə isə 67-ci yerdə olmaqdadır. Xüsusilə keyfiyyətli işçi qüvvəsinin mövcudluğuna görə 2008-ci ildə 85-ci və 2009-cu ildə isə 39-cu yeri tutması ümidvericidir. Sovet dövründəki dövlət turizm siyasəti sovet vətəndaşlarının (əsasən zəhmətkeşlərin) bərpa və müalicəsi üzərində qurulmuş sosial öhdəlik və haqqından ibarət idi. Amma indi turizm bir iqtisadiyyat və biznes sektorudur. Həm gəlir gətirən, həm də iqtisadiyyatda katalizator effektinə malikdir.
Ümumi qaydada ölkənin bütün ərazisində dövlət turizm siyasətini Mədəniyyət və Turizm Nazirliyi, onun rayon və şəhərlərdəki şöbələri həyata keçirir. Birbaşa olaraq siyasətin hazırlanmasında və tətbiqində nazirliyin turizm şöbəsi mühüm rol oynayır. Həmçinin ölkənin turizm siyasətində Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli parklarla əlaqədar strukturunun da rolu danılmazdır.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: