Əsas səhifə > Azərbaycanda turizm > Turizmdə qanunvericilik bazası

Turizmdə qanunvericilik bazası


1999-cu ildə “Turizm haqqında” qanun qəbul olunmaqla turizm sahəsində dövlət siyasətinin hüquqi bazası genişlənmişdir. Amma ölkədə turizm siyasətinin mühüm sənədlərindən biri “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün” Dövlət Proqramı olmuşdur. Bu proqramın tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, ölkəyə gələn turistlərin sayı artmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin
inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Dövlət proqramı ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ölkə regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanmış və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bütün bunların nəticəsidir ki, DİF-in Turizmin Rəqabətqabiliyyətliyi İndeksinin turizm sahəsində qanunlar və tənzimləmə alt indeksinə görə, Azərbaycan 2007-ci ildə 96-cı, 2008-də 72-ci, 2009-cu ildə isə 65-ci yeri tutub.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: