Caspian


“Caspian Group Consalting” şirkətinin mütəxəsəsisləri tərəfindən ABŞ Ticarət və İnkişaf
Agentliyindən ayrılan qranta əsasən, hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin sayının artırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2010-2014-cü illər üçün Dövlət Proqramı” 6 aprel 2010-cu ildə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli Fərmanı ilə “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi” təsdiq olunmuşdur. Bu əsasnamə turizm və rekreasiya zonalarını insanların əyləncəsini, istirahətini, müalicəsini və sağlamlığını təmin edən, müvafiq turizm infrastrukturuna malik, xüsusi ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan təbiət və mədəniyyət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, milli və mədəni irsi qoruma, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmə, maarifçilik, elmi və digər məqsədlər üçün istifadə olunan, regionların sosialiqtisadi inkişafına kömək edən və müvafiq idarəetmə qurumlarına malik ərazilər hesab edir.8 Turizm və rekreasiya zonalarına Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş aşağıdakı zonalara aid sahələr daxil edilə bilər: 1) arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar; 2) meşə fondu zonaları; 3) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsi (zonası); 4) dağ zonaları; və 5) qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər ərazilər. Bu zonaların yaradılması istiqamətində ciddi iş gedir. Həmçinin zonaların baş və cari inkişaf plan-larının, turizm və rekreasiya zonalarının pasportlarının hazırlanması üçün ciddi tədqiqatlar da tələb olunur. Heç təsadüfi deyil ki, DİF-in Turizmin Rəqabətqabiliyyətliyi İndeksinin turistlərin cəlb olunması üçün marketinq və brendlərdən istifadənin effektivliyinə görə Azərbaycan 2008-ci ildə 104-cü, 2009-cu ildə isə 90-cı yerdə olmaqdadır.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: