Əsas səhifə > Azərbaycanda turizm > Bakıda 9-cu turizm sərgisi

Bakıda 9-cu turizm sərgisi


Bu gün Bakıda 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başlayır. Dünyanın 24 ölkəsinin 120-dən artıq şirkətinin iştirak edəcəyi sərgidə kommersiya təşkilatları ilə yanaşı, 14 ölkənin milli stendləri də təqdim olunacaq. Bu il ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində Türkiyə çıxış edəcək. Bundan əlavə, Türkiyə ötən illə müqayisədə ekspozisiya sahəsini 40 faiz genişləndirəcək. 
Sərgidə Tayland, Seyşel adaları, Mavrikiya və bir sira digər ekzotik guşələr də geniş şəkildə təqdim olunacaq. Azərbaycan şirkətlərinin ekspozisiyası isə sərginin 45 faizini təşkil edəcək. Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Aydin İsmiyev bu sərgidə Azərbaycanın regionlarının aktiv təqdim olunacağını deyib.
Aydin İsmiyev bu sərgidən savayı “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” adlı 4-cü Qafqaz Beynəlxalq sərgisinin də keçiriləcəyini bildirib. Bu sərgidə mehmanxana, restoran və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar nümayiş etdiriləcək.

Advertisements
Kateqoriyalar: Azərbaycanda turizm Etiketlər:
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: